Bank Of Baku

Azərbaycanın görkəmli xanəndəsi Sabir Mirzəyev vəfat edib

Azərbaycanın görkəmli xanəndəsi Sabir Mirzəyev vəfat edib
# 23 iyul 2011 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, görkəmli sənətkar İranda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhum ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Sabir Mirzəyev 1943-cü ildə anadan olub. 1960-cı ildən əmək fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Filarmoniyasında, “Azərkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində calışıb. Onun ifasında “Çahargah” və “Rast” muğamları, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşıqəm” xalq mahnıları qızıl fondda saxlanılır.

Azərbaycan muğam sənətində göstərdiyi xidmətlərinə Sabir Mirzəyev 2007-ci ildə Azərbaycanın “Əməkdar artist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR