Bank Of Baku

Qəbələ III Beynəlxalq Musiqi Festivalı başlayıb

Qəbələ III Beynəlxalq Musiqi Festivalı başlayıb
# 23 iyul 2011 20:01 (UTC +04:00)
APA-nın məlumatına görə “Qafqaz Resorte” otelində keçirilən festivalın ilk konsertində bəstəkar K. Sen-Sansın “Qu quşu”, K. Debüssinin violonçel və fortepiano üçün sonata d-moll, İ. Prologiunun “Animando poco s poco”, “Serenada”, “Moderement animesini”, Q. Forenin “Sahildə”, “Laylay” və “Nelli”, E. Qriqin, F. Şubertin sonatası, J. Massnenin “Elegiya”, “Mavi gözlərini aç”, K.Sen-Sansın “Bolero”, F. Halevinin “Kardinalın qızı” və J. Massnenin “Verter” operalarından ariyaları səsləndirilib.

Kamera musiqi axşamında 500-ə yaxın yerli və xarici qonaq iştirak edib. Konserti izləyənlər sırasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, Milli Məclisin deputatı Fəttah Heydərov da olub.

Qeyd edək ki, avqustun 5-dək davam edəcək festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəkdir.

Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR