Bank Of Baku

TRT kanalı Gəncə haqqında sənədli film çəkir

TRT kanalı Gəncə haqqında sənədli film çəkir
# 25 iyul 2011 13:30 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Türkiyənin TRT kanalının Azərbaycan nümayəndəliyi Gəncə şəhəri haqqında film çəkir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhər haqqında çəkiləcək sənədli filmdə Gəncənin tarixi, mədəniyyəti, abidələri, sosial-iqtisadi göstəriciləri və əhalisindən bəhs ediləcək.
Filmin çəkilişləri üçün Gəncəyə gələn TRT kollektivi ilk olaraq Gəncə şəhər icra hakimiyyətində icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rafiq Şəfiyevlə görüşüblər. Görüşdə qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Bundan sonra qonaqlar Heydər Əliyev muzeyində, Şah Abbas məscidində, Cavad xan türbəsində, Xan bağında, tarix-diyarşünaslıq muzeyində və digər tarixi yerlərdə çəkilişlər aparıblar.
Qeyd edək ki, “TRT AVAZ” kanalının “Qafqazdan əsən yellər” proqramında yayımlanacaq filmdə şəhərin təbiətinə və mətbəxinə də geniş yer veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR