Bank Of Baku

Akademik Opera və Balet Teatrında “Boqema” operası nümayiş etdiriləcək

Akademik Opera və Balet Teatrında  “Boqema” operası nümayiş etdiriləcək
# 25 noyabr 2011 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Boqema” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları gənc vokalçılar Afaq Abbasova (Mimi), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əvəz Abdullayev (Marsel) ifa edəcək.

Qeyd edək ki, bu, Afaq Abbasovanın Mimi rolunda ilk çıxışıdır. O, ilk dəfə bu ilin mayında C.Verdinin “Traviata” operasının tamaşasında Violetta partiyası ilə opera səhnəsində debüt edib. Gənc vokalçıya bu dəfə Mimi rolu etibar olunub. Afaq Abbasovanın tərəf müqabili Rudolf partiyasını ifa etmək üçün teatrın rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Seyran Maksutovu dəvət edib.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR