Bank Of Baku

Fransada “Azərbaycana səyahət” devizi altında konsert olub

Fransada “Azərbaycana səyahət” devizi altında konsert olub
# 28 noyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fransada fəaliyyət göstərən “Dmitri Şostakoviç” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycana səyahət” devizi altında Parisin məşhur “Adyar” Konsert Salonunda “Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə” adlı konsert proqramı təşkil edilib. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, budəfəki konsert Şostokoviç, Qara Qarayev və Firəngiz Əlizadənin yaradıcılığının vəhdəti ilə qurulub. Fransız musiqisevərlərin marağına səbəb olan konsertin birinci hissəsində azərbaycanlı skripkaçı Cavad Tağızadə və finlandiyalı pianoçu Eva Martila Qara Qarayevin piano və skripka üçün sonata və “Tsarskoye selo heykəli” əsərlərini ifa ediblər. Konsertin ikinci hissəsində Firəngiz Əlizadə əvvəlcə royalda “Music for Piano” solo-əsəri, sonra isə tanınmış violonçelist İvan Monigetti ilə birlikdə “Habilsayağı” əsərini fransız musiqisevərlərə təqdim ediblər. F. Əlizadənin dirijor Aleksandre Qrandenin idarəsilə Frasanın məşhur “İnteqral” kamera-orkestrinin ifa etdiyi “Krossinq II” əsəri də tamaşaçılarda xoş təəssürat yaradıb. Yerli mətbuatda “Adyar” Konsert Salonunda baş tutan “Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə” adlı konsertə həsr edilən çoxsaylı məqalələrdə sözügedən tədbir böyük bir musiqi hadisəsi kimi qiymətləndirilib. Sonrakı gün xalq artisti, professor Firəngiz Əlizadə ilə “Dmitri Şostakoviç” Beynəlxalq Assosiasiyası nümayəndələri, həmçinin fransalı musiqisevərlərinin görüşü təşkil edilib. Görüşdə almaniyalı kinematoqrafların Firəngiz Əlizadə haqqında çəkdikləri 55 dəqiqəlik “Azərbaycanlı maestro” sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR