Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Ümumrespublika Teatr Festivalının açılışı olub – FOTO

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Ümumrespublika Teatr Festivalının açılışı olub – <font color=red>FOTO</font>
# 28 noyabr 2011 15:58 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, incəsənət xadimləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri iştirak edib. Layihənin ideya müəllifi millət vəkili Jalə Əliyeva bildirib ki, 4 bölgə - İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 100-dən çox gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub ki, onlardan da 12-si seçilib. Millət vəkili festival çərçivəsində “Art-kamp” keçirildiyini də qeyd edib. “Art-kamp”da tanınmış sənət adamları gənclərə ustad dərsi deyib. İntiqam Babayev və Vaqif Əliyev bu festivalın gənclərdə milli vətənpərvərlik ruhunun formalaşmasına kömək edəcəyini bildiriblər.

Çıxışlardan sonra festival tamaşalarının nümayişi başlayıb. Bu gün “Mənim düşmən oyuncağım”, “Xocalı fəryadı”, “Mələklərin laylası” və “O an bizim gözümüzlə” tamaşaları göstərilib. Digər tamaşaların nümayişi noyabrın 29-u və 30-da baş tutacaq. Festival dekabrın 1-də qala konsertlə yekunlaşacaq. Həmin gün qaliblərin adları da açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR