Azərbaycanın əməkdar artisti Sevil Xəlilova vəfat edib - FOTO
Truppa müdirinin sözlərinə görə, aktrisa ilə vida mərasimi bu gün yaşadığı mənzildə (Əlibəy Hüseynzadə küçəsi, 16) olacaq. Aktrisa Novxanıda ailə qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “kino aktyoru” kursunun axşam şöbəsində (1969-1970) oxuyub, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N. Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramında Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S. Dağlının "Kölgələr pıçıldaşır" tamaşasında Çeşmə, Anarın "Şəhərin yay günləri" tamaşasında Qumru, C. Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasında Zəvvar, S. Rəhmanın "Əliqulu evlənir" tamaşasında Humay, B. Vahabzadənin "Kimdir haqlı?" tamaşasında Məlahət, İ. Əfəndiyevin "Büllur sarayda" tamaşasında Səadət, Anarın "Təhminə və Zaur" tamaşasında Mədinə, B. Brextin "Üç quruşluq opera" tamaşasında Kitti, S. Rəhmanın "Nişanlı qız" tamaşasında Zərifə, S. Vurğunun "Vaqif" tamaşasında Gülnar, J. Rasinin "Fedra" tamaşasında Enona, Elçinin "Poçt şöbəsində xəyal" tamaşasında Züleyxa, Ə. Əmirlinin "Köhnə ev" tamaşasında Mələk, X. Qocanın "Hərənin öz payı" tamaşasında Xədicə xala, H. Cavidin "Afət" tamaşasında İlçay, Mir Cəlalın "Dirilən adam" tamaşasında Telli, C. Məmmədquluzadənin "Ölülər" tamaşasında Məşədi Orucun anası, İ. Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" tamaşasında Güləndam, A. Şaiqin "Eloğlu" tamaşasında Cəvahir xanım rolunu oynayıb. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ. Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundovun "Hacı Qara"sında Sona, Ə. Məmmədxanlının "Şərqin səhəri"ndə Nataşa, A.Məmmədovun "Kişilər"ində Səlimə, R. Kaşkauasın "Yağışlı gecə"sində Auşra, Anarın "Ötən ilin son gecəsi"ndə Gülarə, R. Qasımovanın "Yollar görüşəndə"sində Rahidə, A. Qəhrəmanovun "Müsabiqə"sində Sevinc və digər obrazları qeyd etmək olar.
Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə, 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
İncəsənət
Kadir İnanır vəfat edib
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Xəbər Lenti
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB
Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir