Bank Of Baku

Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək

Xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək
# 29 noyabr 2011 08:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dövlət mükafatları laureatı, xalq rəssamı Mikayıl Abdullayevin 90 illiyinə həsr olunmuş sərgi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin açılışı dekabrın 9-da Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq. Bundan əlavə rəssamın doğum günündə (19 dekabr) qəbirüstü abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunacaq, eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyində M.Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mikayıl Abdullayev müxtəlif fəxri adlara, təltiflərə (SSRİ xalq rəssamı, SSRİ Dövlət və C.Nehru adına Beynəlxalq mükafatlar laureatı, professor) layiq görülüb. Geniş yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı o, həmdə ictimai xadim kimi bir neçə dəfə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə. Brüssel və s. şəhərlərdə nümayiş etdirilib. 1966-1967-ci illərdə Berlin və Leypsiqdə rəssamın fərdi sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR