Azərbaycanın əməkdar artisti Sevil Xəlilova dəfn olunub - FOTOSESSİYA
Aktrisanın qızı anasının cənazəsi başında etiraz səsini ucaldıb: “Neynəyirəm indi gəlməyinizi, şəkil çəkməyinizi? Sənin belə də şəklin çəkiləcəkdi? Axı sən buna layiq deyildin, ana...”
Aktrisanın ən yaxın rəfiqələrindən biri olan xalq artisti Nuriyyə Əhmədova da onun ölümü ilə barışmadığını deyib: “Əziz bacım içini yeyə-yeyə getdi. Bütün dərdini, sərini öz içində apardı. Heç kim onun nə yaşadığını bilmədi. Buna inana bilmirəm”.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov APA-ya mərhum Sevil Xəlilovanı hələ tələbəlik illərindən tanıdığını deyib: “İstər həyatı, istər fəaliyyəti mənim gözümün qabağında olub. O, çox özünəməxsus istedad sahibi idi. Sevil xanım sadə həyatı, sadə davranışı ilə hər zaman hörmət sahibi olub. Heç vaxt özünü gözə soxmazdı. Hələ heç kim Sevil xanımın zəif, uğursuz rolunu görməmişdi. Onun hələ ən yaxşı rolları qabaqda idi. Xəstəliyi var idi, onu incidirdi. Fiziki çətinliyi var idi. Bütün bunlara baxmayaraq o çox böyük fədakarlığı ilə sənətindən yapışmışdı. Hələ oynamaq istədiyi çox rollar var idi”.
Teatr rəhbəri Sevil Xəlilovanın cənazəsinin teatrdan deyil, evindən götürülməsinə də münasibət bildirib və bu halı müsbət qarşıladığını vurğulayıb: “Bu günə kimi də çoxsaylı aktyorlar Sevil Xəlilovanın evini tanımırdı. Məgər pis haldır ki, onun evini tanıdılar? Sözsüz ki, hər bir insan son mənzilə öz evindən yola salınmalıdır və bu yaxşı haldır”.
Xalq artisti Ramiz Novruzov vaxtsız dünyasını dəyişən Sevil Xəlilova ilə bağlı xatirələrini bölüşüb: “Sevil xanım bizim çox sevdiyimiz sənət adamlarından biri idi. O həqiqətən də əsil sənət adamı idi. Başqa xisləti yox idi. Son dəfə onunla “Ölüləri qəbiristanlıqda basdırın” tamaşasında birgə işlədik. Həmin tamaşada tənha qalmış bir qadın obrazını oynayırdı. Tamaşalarda çox az istifadə olundu, əslində çox potensialı, imkanı olan bir aktrisa idi. Çox böyük rollar oynamağa qadir aktrisa idi”.
Mərhum aktrisa ilə Adil İsgəndərovun kursunda oxuyan aktyor Kazım Abdullayev Sevil Xəlilovanı tələbəlik illərindən tanıdığını vurğulayıb: “Biz onunla birgə bir kursda oxumuşuq və Adil müəllimin tələbələri olmuşuq. Çox gözəl, mehriban bir insan idi. Gözləmədiyimiz bir halda dünyasını dəyişdi. Sonuncu dəfə “Qarabağnamə” tamaşasında birgə oynamışıq. Onun çox arzuları var idi, nə qədər rollar oynamaq istəyirdi, amma qismət olmadı...”
Rejissor Rövşən Almuradlı aktrisanı sonuncu görənlərdən biri olub: “Bütün kollektiv kimi mən də onun ölümünə inanmıram. Sevil çox kövrək, səbirli, əxlaqlı xanım idi. Teatrda, kinoda, sənətdə əxlaqını qoruyub saxlayırdı, səmimiyyəti ilə seçilirdi. Sözün əsil mənasında teatr Sevili itirdi. Zamanmı, mühitmi imkan vermədi? Əslində çox səbəbləri var. O teatrda xanım adını daşımağa layiq insan idi”.
Teatrın truppa müdiri Elnur Məmmədov iki gün bundan əvvəl Sevil Xəlilova ilə zəngləşdiyini deyib: “Bu gün məşqə gəlməli idi. Özü telefonu götürə bilmədi, qızı bir az nasaz olduğunu dedi. Sevil xanım hətta oradan qızının sözünün qarşısında möhkəmdən dedi ki, “axı niyə deyirsən ki, xəstəyəm”. Heç vaxt şikayət etməzdi. O hətta məşqlərdə uşaqlara çörək də gətirirdi ki, birdən uşaqlar ac olarlar. O doğrudan da bizə ana kimi əziz idi. 10 ildən çox müddətdə onun bir dəfə məşqə gecikməyinin şahidi olmamışam. Düzdür, bütün yaradıcı insanlar kimi onun da çətinliyi var idi. Çox təəssüf ki, biz yaxşı insanlarımızın qədrini öləndən sonra bilirik”.
Elə vida mərasimində yaxınlarından öyrəndik ki, aktrisanın ölümündən əvvəl yüksək temperaturu olub, hətta mərhum iki gecə yuxusuz qalıb. Ötən gün saat 18:00 radələrində isə Sevil Xəlilova infarkt keçirib və vəfat edib. 58 yaşında dünyasını dəyişən Sevil Xəlilovanın bir qız övladı var.
Əməkdar artist Sevil Xəlilova Novxanı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-5
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər