Bank Of Baku

“Azdrama”nın direktoru son vaxtlar vəfat etmiş aktyorlarla vida mərasiminin teatrda keçirilməməsinə münasibət bildirib

“Azdrama”nın direktoru son vaxtlar vəfat etmiş aktyorlarla vida mərasiminin teatrda keçirilməməsinə münasibət bildirib
# 30 noyabr 2011 07:19 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov son vaxtlar dünyasını dəyişən aktyorlarla vida mərasiminin teatrda deyil, öz evlərində keçirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, SSRİ dövründə xüsusi istedada malik aktyorlar, “Lenin” ordeni alanlarla vida mərasimi teatrda keçirilib: “Mənə belə gəlir ki, aktyorun son mənzilə evindən yola salınması daha düzgündür. Burada qeyri-adi bir şey yoxdur. Hesab edirəm ki, əsas məsələ aktyorun son mənzilə haradan yola salınması yox, onun insanların qəlbində, xatirələrdə hansı izi buraxmasıdır”.

Teatr rəhbəri “Azdrama”da çalışanların yas mərasiminin keçirilməsi üçün ailələrinə teatr tərəfindən yardım edilməsi barədə səslənən təkliflərə də münasibət bildirib: “Açığı teatrın belə imkanları yoxdur ki, hansısa maddi məsələləri üzərinə götürsün. İndiyə qədər vəfat edən bütün aktyorların ailələrinə teatr rəhbərliyi olaraq müraciət etmişik. Gücümüz çatan qədər köməklik təklif edirik. Təklifimizi qəbul edənlərdən maddi yardımı əsirgəmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR