Bank Of Baku

Robertino Loretti gənc azərbaycanlı ifaçını Moskvada keçiriləcək yaradıcılıq gecəsinə dəvət edib

Robertino Loretti gənc azərbaycanlı ifaçını Moskvada keçiriləcək yaradıcılıq gecəsinə dəvət edib
# 01 dekabr 2011 13:42 (UTC +04:00)
APA-nın məlumatına görə, Robertino Loretti bu tədbirdə Azərbaycanın istedadlı gənci Emin Eminzadənin iştirak etməsi üçün rəsmi şəkildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb. Müraciətdə Eminin bu tədbirdə iştirakının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəkləməsi arzulanıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə bu müraciət müsbət dəyərləndirilib. Tanınmış müğənni E. Eminzadənin bu tədbirdə iştirakı üçün Eminə bir neçə dəfə telefon açaraq tədbirinə dəvət edib.

Azərbaycandan bu tədbirdə yalnız E.Eminzadə iştirak edəcək. O, Moskva səhnəsində “Santa Lucia” mahnısını ifa edəcək.

R.Lorettinin Moskvada keçiriləcək yaradıcılıq gecəsi Rusiyanın təşkilatçılığı ilə dekabrın 7-də Moskva Beynəlxalq Musiqi Evində gerçəkləşəcək. E.Eminzadə bu tədbirdə iştirak etmək üçün dekabrın 6-da Moskvaya yola düşəcək. Tədbirdə Azərbaycandan xüsusi nümayəndə heyətinin iştirakı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR