Bank Of Baku

Gəncədə Mirzə Fətəli Axundovun komediyası səhnəyə qoyulub

Gəncədə Mirzə Fətəli Axundovun komediyası səhnəyə qoyulub
# 02 dekabr 2011 11:54 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə Dövlət Dram Teatrında Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə bağlı onun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası səhnələşdirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tamaşaya geniş ictimai baxış keçirilib. Tamaşaya teatrın rejissoru Gümrah Ömərov quruluş verib. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist İlham Hüseynov, aktyorlar Eldəniz Tağıyev, Elxan Abbasov, Günay Verdiyeva, Ləman Yusibova və digərləri oynayıblar. Tamaşa teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR