Bank Of Baku

Yusif Şeyxov: “Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim olunması məsələsi bizdən asılı olan bir şey deyil”

Yusif Şeyxov: “Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim olunması məsələsi bizdən asılı olan bir şey deyil”
# 02 dekabr 2011 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim olunması məsələsi bizdən asılı olan bir şey deyil. Bu işlə Azərbaycan “Oksar” Komitəsi məşğul olur”. Bunu Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov APA-nın növbəti il üçün Azərbaycan filminin “Oskar” mükafatına təqdim olunub-olunmayacağı ilə bağlı sualına cavab olaraq deyib. Sektor müdiri Azərbaycan kinosunda çox ümidverici gənclər olduğunu vurğulayıb və bu səbəbdən də gələcək üçün beynəlxalq festivallarda Azərbaycan filmlərinin uğurlarının sayının daha çox olacağına inandığını deyib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Xamis Muradov filmlərimizin bu mükafata namizədliyinin irəli sürməyi qabartmağın tərəfdarı olmadığını deyib: “Filmlərin bu mükafata təqdim olunmasından əvvəl məsələnin mətbuata çıxması heç də müsbət hal deyil. Ümumiyyətlə, bu ənənəni yığışdırmaq lazımdır. Hər zaman hansısa beynəlxalq festivalda iştirakı sakitcə həyata keçirmək, uğur qazandıqdan sonra səs-küy yaratmaq lazımdır. Ataların bir misalı var “Su gələn arxa bir də gələr...” və mən əminəm ki, kinomuzda öz sözünü deyəcək oğullarımız gələcək. Hətta artıq gəlməkdədirlər. Uğur qazanaq, daha sonra bu uğurumuzdan doyunca danışaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR