Bank Of Baku

Asiya-Sakit Okean Kino Akademiyasının mükafatını qazanan “Buta” filminin uğuruna həsr olunmuş mətbuat konfransı keçirilib – FOTO

Asiya-Sakit Okean Kino Akademiyasının mükafatını qazanan “Buta” filminin uğuruna həsr olunmuş mətbuat konfransı keçirilib – <font color=red>FOTO </font>
# 02 dekabr 2011 12:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avstraliyanın Kvinslend şəhərində keçirilən V Asiya-Sakit Okean Kino Akademiyası mükafatının təqdimat mərasimində “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olan “Buta” filminin uğuruna həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Milli Kitabxanada keçirilən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib ki, bu il nazirliyin sifarişi ilə çəkilən “Buta” bədii filmi “Azərbaycanfilm” kinostudiyası və “Buta-film” Prodüser Mərkəzinin birgə istehsalıdır. Filmin yaxın vaxtlarda Sumqayıt, Abşeron, Zaqatala və Şabranda nümayiş olunacağını bildirən sektor müdiri, məktəblilərin yay tətili günlərində isə eyni filmin “Nizami” kinoteatrında göstəriləcəyini söyləyib.

Filmin quruluşçu rejissoru İlqar Nəcəf hesab edir ki, Azərbaycan filminin qazandığı bu mükafat “Oskar”a bərabərdir.

Qeyd edək ki, “Buta” filminin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, prodüserləri Xamis Muradov, İlqar Nəcəf, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, bəstəkarı Cavanşir Quliyevdir. Rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR