Bank Of Baku

Əfrasiyab Bədəlbəyli, Niyazi, Elmira Abbasova, Eldar Mansurovun yubileyləri keçiriləcək

Əfrasiyab Bədəlbəyli, Niyazi, Elmira Abbasova, Eldar Mansurovun yubileyləri keçiriləcək
# 02 dekabr 2011 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasın gündəliyində duran məsələlər - ABİ-nin 2011-ci ilin sentyabr-dekabr aylarında keçirilmiş tədbirlər hesabatı, 2012-ci ilin I yarım ili üçün iş planı ilə bağlı təkliflərin müzakirəsi, Azərbaycan Bəstəkarlarının IX Qurultayına hazırlıq və gələn il çap olunması nəzərdə tutulan yeni nəşrlərdən ibarət olub. İclasın əvvəlində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə 2011-ci ilin ikinci yarısında görülən işlər barədə hesabat verib və dekabrın 13-də ABİ-nin Lənkəranda səyyar-plenumunun keçiriləcəyini deyib.

Daha sonra ABİ-nin 2012-ci ilin I yarım ili üçün iş planından söz açan sədr bildirib ki, gələn il bir sıra tanınmış bəstəkarların yubileylərinin yüksək səviyyədə qeyd olunması nəzərdə tutulur. Bunun üçün müvafiq orqanlara məktublar da göndərilib: “Gələn il Əfrasiyab Bədəlbəylinin 105, Niyazinin 100, Elmira Abbasovanın 80, Eldar Mansurovun 60 illik yubileyidir. Bundan başqa gələn il həmçinin Rauf Hacıyevin, Səid Rüstəmovun, Cövdət Hacıyevin də yubileylərini qeyd etməyi nəzərdə tutmuşuq”.

Çıxışının sonunda F.Əlizadə 2012-ci ildə çap olunması nəzərdə tutulan 12 kitabın siyahısının artıq Mədəniyyət və Turizm Nazirliyinə göndərildiyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR