Gənclərin I Ümumrespublika Teatr Festivalının qalibləri bəlli olub
Mərasim gənc müğənni Üzeyir Mahmudbəylinin ifasında “İgid əsgər, möhkəm dayan” mahnısı ilə açılıb.
Konsertin aparıcıları 4 aydır davam edən festival barədə məlumat verərək bildiriblər ki, festival Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Festivala İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala və paytaxt Bakıdan ümumilikdə 110 gənc qatılıb. İlkin mərhələdə 20-dən çox ssenari təqdim olunub. Təşkilat Komitəsi onlardan 12-sini seçərək rejissorlara təqdim edib. Ssenarilərin hər biri ayrı-ayrı rejissorlar tərəfindən səhnələşdirilib. Respublikada ilk dəfə keçirilən festival özü də bir ilkə imza atıb. Belə ki, layihə çərçivəsində ölkədə ilk dəfə yaradıcı Art Kamp keçirilib. Art Kampda iştirakçılar məşhur aktyor və rejissorlardan dərs alıblar ki, bu da onların işlərində özünü göstərib.
Aparıcılar qeyd ediblər ki, respublikada ilk dəfə vətənpərvərlik mövzusunda keçirilən festivala deviz kimi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri seçilib.
Tədbir Mahirə Əsədovanın “Mən azərbaycanlıyam!” adlı sənədli filminin nümayişi ilə davam edib. Bakı Musiqi Akademiyasının tələbəsi Ramil Xələfov konsert boyu vətənpərvərlik mövzusunda olan mahnıları səsləndirib.
Və sonra tədbirin ən maraqlı, ən həyəcanla gözlənilən hissəsi-yəni qaliblərin mükafatlandırılması mərasimi başlayıb. Qaliblər xalq artisti Amalya Pənahova, teleaparıcı Nərgiz Cəlilova, rejissor Vaqif Əsədov, teatrşünas Aydın Talıbzadə və aktrisa Yaqut Paşazadədən ibarət münsiflər heyətinin rəyi əsasında 3 gün ərzində göstərilən 12 tamaşa arasından seçilib. Ucar mədəniyyət evinin təmsilçisi Elçin Aslangil “Mühakimə” tamaşasındakı roluna görə “Ən yaxşı aktyor işi” nominasiyasında qalib olub. Larisa Məmmədovanın xatirəsinə həsr olunmuş “El axtarışında” tamaşasındakı roluna görə Yuğ Dövlət Teatrının nəzdində fəaliyyət göstərən Gənc Təşəbbüslər Mərkəzinin üzvü Lamiyə Səlimova “Ən yaxşı aktrisa işi” nominasiyasına layiq görülüb. Azər Cəfər isə “Ən yaxşı ssenari” nominasiyasının qalibi olub.
Festivalın həvəsləndirici mükafatlarını Ayla Qasımzadə və Elxan Aslanov qazanıblar. “Mələklər” yaradıcı studiyasının rəhbəri 11 yaşlı Ayla Qasımzadə “Mələklərin laylası” və Zaqatala Xalq teatrının nəzdindəki Gənclik studiyasının üzvü Elxan Aslanov “Xocalı fəryadı” tamaşasında əsir uşaq roluna görə mükafat alıb.
Tədbirin ən həyəcanlı anları isə ilk üç yerin qalibinin adları açıqlanan zaman yaşanıb. Qalibləri Gənclər və Turizm Nazirliyinin sektor müdiri Elşən Hüseynov, millət vəkili Cavanşir Feyziyev və Jalə Əliyeva təltif edib. Beləliklə, “Q.A.T.A.R” yaradıcılıq studiyası “Qisasın rəngi” tamaşası ilə müsabiqənin birincisi (1500 AZN) elan olunub. Bakı Slavyan Universitetinin “T.O.T.E.M” tələbə teatrı ikinci (1000 AZN), Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin isə üçüncü yerə (750 AZN) layiq görülüb.
Sonda isə festivalın icraçı direktoru Ramil Ağasıyev festival iştirakçılarının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətini səsləndirib.
Sonda festivalın ideya müəllifi Jalə Əliyeva bütün iştirakçıları bir daha səhnəyə dəvət edərək, onları xüsusi diplomla təltif edib və festivalın reallaşmasında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. Millət vəkili habelə elə bu andan etibarən Gənclərin II Ümumrespublika Teatr Festivalına hazırlıq üçün start verildiyini də açıqlayıb.
Sonda Cəlal Abbasov Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə çıxış edib.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-5
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər