Bank Of Baku

Azərbaycan Akademik Milli Dram Teatrında Viktor Hüqonun “Mariya Tüdor” əsəri səhnələşdirilir

Azərbaycan Akademik Milli Dram Teatrında Viktor Hüqonun “Mariya Tüdor” əsəri səhnələşdirilir
# 05 dekabr 2011 11:19 (UTC +04:00)
Bakı. Qasımova-APA. Azərbaycan Akademik Milli Dram Teatrında Viktor Hüqonun “Mariya Tüdor” əsəri tamaşaya qoyulur. Teatrın direktoru İsrafil İsrafilov APA-ya deyib ki, hazırda bu tamaşa üzərində məşqlər aparılır. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. İ. İsrafilov deyib ki, tamaşanın rejissoru Gəncədə dövlət sifarişi ilə başqa tamaşa qoyduğundan bu səhnə əsərinin ilkin məşqlərini o özü həyata keçirib. Həmin müddətdə teatr rəhbəri tamaşaya ixtisarlar da edib. Tamaşa Mehdi Məmmədovun tərcüməsi əsasında hazırlanır. Tamaşada Məleykə Əsədova, Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev və teatrın digər aktyorları rol alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR