Bank Of Baku

Akademik Opera və Balet Teatrında Sergey Raxmaninovun “Aleko” operasının premyerası keçirilib – FOTO

Akademik Opera və Balet Teatrında Sergey Raxmaninovun “Aleko” operasının premyerası keçirilib – <font color=red>FOTO </font>
# 05 dekabr 2011 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun “Aleko” operasının premyerası keçirilib. APA-nın məlumatına görə, yaradıcı ziyalıların, musiqi və teatr ictimaiyyəti nümayəndələrinin, Bakıda fəaliyyət göstərən diplomatların iştirak etdiyi premyera böyük uğurla baş tutub. Əməkdar incəsənət xadimi dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında simfonik orkestrin, əməkdar incəsənət xadimi, baş xormeyster Sevil Hacıyevanın başçılıq etdiyi xor kollektivi və solistlərin yüksək professional ifası, həmçinin tamaşanın stenoqrafiyasında istifadə olunan videoproeksiya, əlvan və rəngarəng səhnə kostyumları tamaşanı daha baxımlı edib. Tamaşada əsas rolları əməkdar artistlər Əvəz Abdullayev (Aleko), Zemfira İsmayılova (Zemfira), Əkrəm Poladov (Qoca qaraçı), həmçinin gənc vokalçı Azər Rzazadə ifa ediblər.

Tamaşadan sonra Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Musa Mirzəyev deyib ki, premyera tamaşası yüksək səviyyədə baş tutub: “Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin çıxışı ən yüksək qiymətə layiq idi. Xor kollektivi və solistlərin çıxışlarını da çox bəyəndim. Aleko partiyasının ifaçısı Əvəz Abdullayevin çıxışını xüsusilə qeyd etmək lazımdır. Onun yüksək vokalı və məharətli aktyor ifası bütün tamaşaçıları heyran etdi. Rejissorun işi də diqqətə layiq idi. Ukraynalı quruluşçu rejissor Nikolay Tretyak isə tamaşanın dramatizmini və stilistikasını dəqiq təqdim edə bilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR