Bank Of Baku

İsrafil İsrafilov: “Tamaşa zalını mən niyə doldurmalıyam?”

İsrafil İsrafilov: “Tamaşa zalını mən niyə doldurmalıyam?”
# 06 dekabr 2011 12:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bizim tamaşa zalını doldurmaq kimi qayğımız yoxdur. Bu mənim işim deyil, oranı məni niyə doldurmalıyam?”. Bu açıqlamanı APA-ya Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov verib. Teatr rəhbəri onu da bildirib ki, teatrda göstərilən tamaşalarda Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirak etməsində qeyri-adilik yoxdur. Belə ki, teatr bu işi Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi ilə müqavilə əsasında həyata keçirir: “İstər gənc rejissorlar, istərsə də aktyor və ya teatrşünaslar teatrlarla əlaqədə olmalıdır. Mənə qədər ümumiyyətlə bu əlaqə pozulmuşdu. Bu mənim xüsusi üstünlüyüm, işim deyil, sadəcə üç ilə yaxın idi teatr çalışmırdı və bu proses bərpa olundu. Tələbələrin gəlməsində isə qeyri-adi bir hal yoxdur”.

İ. İsrafilov bu gün cəmiyyətin teatra marağının artırılması məqsədi ilə çoxsaylı işlər həyata keçirdiklərini də deyib: “Bizim gördüyümüz işləri heç bir mətbuat orqanı işıqlandırmır. Ayrı-ayrı təşkilat və müəssisələrdə görüşlərimiz olur. Texniki Universitet, Tibb Universitetinin professor və müəllim heyəti, eləcə də Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti tamaşalarımıza baxırlar. Bütün bunlar xüsusi danışıqlar əsasında həyata keçirilir. Hətta bəzi hallarda İncəsənət Universitetinə şikayət edirik ki, tələbələr deyildiyi sayda deyil, daha az gəliblər. Onlar tamaşaların məşqlərində, hər tamaşada iştirak etməlidirlər. Bu təcrübə mütləqdir. Teatrın mətbəxinə yaxın olduqca teatrın qədrini bilir və xüsusiyyətlərinə məhrəm olurlar. Mən burada yaxşı iş görürəm, inanın mənə”.

Teatr rəhbəri bildirib ki, bu ilin əvvəlində heyətlə imzalanan müqavilələrin yeni ildə aqibətinin necə olacağı hələlik məlum deyil: “İlin qurtarmasına 25 gün qalıb və hələ kollektiv işini davam etdirir. Bu barədə danışmaq hələ tezdir və üç tamaşa üzərində işi yekunlaşdırmayıblar. Onların fəaliyyəti bitməmiş yekun bir söz demək çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR