Bank Of Baku

Londonda Elçinin “Şekspir” komediyasının premyerası keçirilib

Londonda Elçinin “Şekspir” komediyasının premyerası keçirilib
# 06 dekabr 2011 15:50 (UTC +04:00)
Bakı – APA. Dekabrın 5-də Londonun “The Horse Hospital” İncəsənət Mərkəzində yerləşən Avanqard Teatrda Azərbaycanın görkəmli dramaturqu, xalq yazıçısı Elçinin “Şekspir” komediyasının premyerası olub. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Qrantlers İncəsənət Qrupunun rəhbəri, məşhur teatr xadimi Deyvid Perridir. Əsas rolları tanınmış aktyorlar Peter Stanford, Yovan Matiç, Eleanor Bennett, Konrad Peters və başqaları ifa ediblər.

Premyeraya Böyük Britaniyanın tanınmış teatr xadimləri, yazıçılar, diplomatik korpus, mətbuat və bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri qatılıblar. Premyerada iştirak edən xalq yazıçısı Elçin çıxış edərək iştirakçılara təşəkkürünü bildirib.

Tamaşa böyük müvəffəqiyyətlə keçib və izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR