Bank Of Baku

İstiqlal Muzeyində “İlk hərbi andımız” adlı tədbir–sərgi təşkil olunub - FOTOSESSİYA

İstiqlal Muzeyində “İlk hərbi andımız” adlı tədbir–sərgi təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 07 dekabr 2011 14:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “İlk hərbi andımız” adlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, 1991-ci il dekabrın 8-də yenicə təşkil olunan milli ordunun əsgərləri ilk hərbi andiçmə mərasimini Şəhidlər Xiyabanında keçiriblər. Tədbir-sərgi həmin mərasimin 20-ci ildönümünə həsr olunub.

Tədbirdə Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri iştirak ediblər. Tədbir sərgi ilə tanışlıq və sənədli filmin nümayişi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR