Bank Of Baku

Bakıda “Latviyanı duyun!” şüarı altında tədbir keçirilib - FOTOSESSİYA

Bakıda “Latviyanı duyun!” şüarı altında tədbir keçirilib  - <font color=red>FOTOSESSİYA </font>
# 08 dekabr 2011 15:20 (UTC +04:00)
Bakı-APA. Noyabrın 14-dən Azərbaycanda start götürən “Latviya günləri” davam edir. APA-nın xəbərinə görə, bu dəfə “Latviyanı duyun!” şüarı altında İçərişəhərdə tədbir keçirilib. İçərişəhərdəki “Qız Qalası” rəsm qalereyasında iki məşhur Latviyalı rəssam, Aleksey Naumov və Andris Vitolinsin çəkdiyi rəsmlər nümayiş olunub. Onların arasında həm Latviyanın müxtəlif görüntülərini özündə əks etdirən şəkillər, həm də özünəməxsus əsərləri ilə fərqlənən rəssam Andris Vitolinsin sənaye xarakterli texniki konstruksiyası yer alıb. Eyni zamanda onun “Arzulanan evlər” seriyasında olan maraqlı əsərləri sərgilənib.
Açılış mərasimində Latviyanın Azərbaycandakı səfiri Hardie Baumanis, Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və digər incəsənət xadimləri iştirak edib.
Azərbaycan Rəssamlıq Akademiyasında Latviya Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumov gənc rəssamlar üçün master-klass da keçib. Daha sonra hər iki ölkənin Rəssamlıq Akademiyaları arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.
Qeyd edək ki, “Qız Qalası” qalereyasında Latviya rəssamlarının sərgisi dekabrın 17-ə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR