Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ili yeni tamaşa ilə qarşılayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni ili yeni tamaşa ilə qarşılayacaq
# 12 dekabr 2011 11:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Yeni il şənliklərində balaca dostlarını yeni tamaşa və sürprizlərlə zəngin əyləncəli proqramla qarşılayacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq “Cupbulu əjdaha” adlı musiqili əyləncəli tamaşa üzərində yaradıcılıq işlərinə start verilib. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı Nicat Kazımov, səhnələşdirilmənin müəllifi Kamran Ağabalayevdir. Rolları teatrın gənc aktyorları Müşfiq Əliyev, Roza İbadova, Elgün Yəhyayev, Anar Seyfullayev, İradə Rəşidova, Vahid Orucoğlu, Anar Səfiyev, Eşqin Quliyev və başqaları ifa edəcəklər. Bundan başqa həmişə olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Proqramda Nicat Kazımov (Şaxta baba), Günel Məmmədova (qar qız), Elnur Kərimov, Elnur Hüseynov, İlham Əsədov, Manaf Dadaşov və başqaları iştirak edəcəklər.

Dekabrın 29-dan, 2012-ci il yanvarın 6-dək, saat 10:00, 12:00, 14:00, 16:00 və 18:00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR