Bank Of Baku

Azərbaycanın iki filmi Rusiyada bərpa olunub

Azərbaycanın iki filmi Rusiyada bərpa olunub
# 14 dekabr 2011 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birlikdə görkəmli rejissor, əməkdar incəsənət xadimi Arif Babayevin “Bizi bağışlayın” filmini bərpa edib. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, film 1979-cu ildə SSRİ Teleradio Şirkətinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin bəstəkarı Emin Sabitoğlu, operatoru Fikrət Əsgərovdur. Baş rollarda Həsən Məmmədov, Hacı Murad və Ariyadna Şengelaya çəkiliblər.

R. Qasımov bildirib ki, Film Fondu və Rusiya Teleradio Fondu daha bir Azərbaycan filmini bərpa edib. Bu, görkəmli rejissor, əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadənin “Ötən ilin son gecəsi” bədii filmidir. Bu film yazıçı Anarın eyni adlı əsəri əsasında çəkilib.

Filmin quruluşçu operatoru Valeri Kərimov, bəstəkarı Aqşin Əlizadədir. Rollarda Şahmar Ələkbərov, Elmira Şabanova, Ayan Mirqasımova və başqaları çəkiliblər. Filmdə hadisələr Yeni il gecəsi baş verir. “Ötən ilin son gecəsi” bərpadan sonra ilk dəfə AzTV-də nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR