Bank Of Baku

Azərbaycanın xalq artisti Qədir Rüstəmov sabah II Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanın xalq artisti Qədir Rüstəmov sabah II Fəxri xiyabanda dəfn olunacaq
# 14 dekabr 2011 15:42 (UTC +04:00)
Q. Rüstəmovun oğlu Rüstəm Rüstəmov APA-ya bildirib ki, cənazə gecə Bakıya gətiriləcək: “Vida mərasimi isə sabah keçiriləcək. Mərasim saat 13.00-da Bakı Musiqi Akademiyasının akt zalında başlanacaq”.

R. Rüstəmov deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə mərhum Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaq.

Q. Rüstəmov iki aydır, İstanbulun “Acıbadem” xəstəxanasında müalicə olunurdu. Uzun müddət koma vəziyyətində qalan xalq artisti bu gün səhər vəfat edib.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR