Azərbaycanın görkəmli muğam ifaçısı Qədir Rüstəmov dəfn olunub – FOTOSESSİYA
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısı İlham Əliyevin və ölkənin I xanımı Mehriban Əliyevanın baş sağlığını, sənətkarın ölümündən hədsiz kədərləndiklərini ailə üzvlərinə çatdırıb. Ə. Qarayev Qədir Rüstəmovun həyat və yaradıcılığından söhbət açıb, sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərin misilsiz olduğunu vurğulayıb. Nazir, Qədir Rüstəmovun Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu deyib və onun hər ifasının insanların yaddaşında qalacağını deyib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Qədir Rüstəmovla bağlı xatirələrini bölüşüb: “Həqiqətən də Qədirə qədər “Sona bülbüllər”i çoxları ifa etmişdi, amma Qədir buna öz ruhunu qoydu və beynimizə həkk elədi. Mən onu “Uzun ömrün akkordları” filmində Cabbar Qaryağdıoğlu roluna çəkmişəm. Bu rolda yalnız Qədiri görürdüm. Hətta onu filmə dəvət edəndə mənə dedilər ki, ona inanma, söz verir, amma gəlmir. Elə çəkiliş günü Qədir bir az gecikdi, amma gəldi və ona baxıb dedim “elə bildim gəlməyəcəksən”. Qədir isə bu sözümün qarşısında “sənə də dəli olduğumu demişdilər? Burada da dəli olmasan, baş çıxarmaq olmaz”. Qədir gözəl insan, əvəzolunmaz sənətkar idi. Səsi, nəfəsi daima bizimlə olacaq”.
Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi Qədir Rüstəmovun çox az sayda insana nəsib olan tale yaşadığını deyib: “Hamımız bu dünyadan gedəcəyik, bu gün hamı üçün var. Amma bu cür ad qoyub getmək hamıya nəsib olmur. O, “Sona bülbüllər”lə özünə heykəl qoydu. Bu gün yenə bir vətəndaş yola salırıq, qəlbi Qarabağla döyünən, ancaq Qarabağsız dünyadan gedən birini...”
Xalq artisti Arif Babayev Qədir Rüstəmovun səhhəti ilə gündəlik maraqlandığını deyib və onunla Türkiyədə olarkən saatlarla danışdığını xatırlayıb: “Mənimlə xeyli danışdı və hətta məndən konturumun olub-olmadığını belə soruşdu. Dedim var, danış gəlsin. Son sözü belə oldu: “Sağ gələcəyəm və birgə Qarabağa gedəcəyik”. Mən bunu gözləmirdim. Allah rəhmət eləsin”.
Ailə üzvləri adından çıxış edən sənətkarın oğlu Rüstəm Rüstəmov Qədir Rüstəmova həm xəstəxanada, həm də dəfn mərasiminin təşkilində göstərilən köməyə görə dövlət rəhbərliyinə minnətdarlıq edib. Muğam ifaçıları Mənsum İbrahimov, Nəzakət Teymurova, gitara ifaçısı Rəmiş Qədir Rüstəmovun əvəzsiz bir insan olduğunu diqqətə çatdırıblar. Rəmiş deyib ki, o, ürəyində Ağdam nisgili ilə dünyasını dəyişdi: “Qədirdən bir daha olmayacaq, o bir gəldi və bir də getdi. Bu, bütün Azərbaycanın, mədəniyyətimizin, muğamımızın itkisidir”.
Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova isə bu gün ad günü olduğunu və bu ad gününü heç vaxt unutmayacağını deyib: “Bu gün mənim ad günümdür, bu ad günümü ömrümün sonuna kimi unutmayacağam. Bir ay bundan əvvəl həkimlər dedilər ki, gəlin aparatdan ayıraq, artıq yaşamaq ehtimalı yoxdur, amma mən qoymadım, dedim sağ gəlib, sağ da gedəcək. Son ana kimi mübarizə apardı, Qədir yaşamaq istəyirdi. Ölməmişdən 15 dəqiqə əvvəl onun yanına girdim. Ona qan köçürülürdü, amma həkimlərdən xahiş edib içəri girdim. Əlini tutdum, danışdım, dedim sağalacaqsan, artıq hər şey yaxşılığa doğru gedir. Dedim ki, məni eşidirsənsə, gözlərini qırp, o da qırpdı. Elə çölə çıxdım, beş dəqiqə sonra baş həkim gəldi ki, təəssüflər Qədir müəllimi itirdik”.
Fatma Rüstəmova deyib ki, Qədir Rüstəmov Ağdama getmək arzusu ilə yaşayıb və qayıdan kimi Ağdama gedəcəyini deyib.
Vida mərasimi başa çatdıqdan sonra mərhum Qədir Rüstəmov II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-5
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər