Bank Of Baku

Bakıda Azərbaycan sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin festivalı keçiriləcək

Bakıda Azərbaycan sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin festivalı keçiriləcək
# 16 dekabr 2011 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda Azərbaycan sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin festivalı keçiriləcək. Layihənin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Əsmər Abdullayevanın APA-ya verdiyi məlumata görə, festival dekabrın 17-də İçərişəhərdə kiçik Karvansaray binasında yerləşən “İncəsənət Bağı”nda (Art Garden) təşkil olunacaq.

Festivalın keçirilməsində məqsəd müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin qorunması, inkişafı və təbliği (xüsusən keramika, batika, qobelen sənətləri), Azərbaycanın ənənəvi xalq sənətlərinin təbliğində gənc yaradıcılıq potensialının fəal iştirakıdır.

İlk dəfə olaraq tələbə və müəllim heyətinin birgə iştirakı ilə keçiriləcək festival 4 gün davam edəcək. Festival çərçivəsində keramika, batika və qobelen sənətində müxtəlif üslubda işləyən rəssamların əsərləri sərgilənəcək, master-klasslar olacaq. Sərginin iştirakçılarının çox hissəsini Rəssamlıq Akademiyasının peşəkar müəllimləri, məzun və tələbələr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR