Bank Of Baku

İçərişəhərdə Vaqif Mustafazədənin anım günü qeyd edilir

İçərişəhərdə Vaqif Mustafazədənin anım günü qeyd edilir
# 16 dekabr 2011 12:19 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycanın dünya şöhrətli musiqiçisi Vaqif Mustafazədənin ölümünün 32-ci ildönümüdür. Bununla bağlı İçərişəhərdə Vaqif Mustafazadənin anım günü kimi qeyd edilir. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, gün ərzində İçərişəhərdə Vaqif Mustafazadənin musiqiləri səsləndiriləcək. Kompozisiyalar arasında bəstəkarın “Şirvanşahlar Sarayı”, “Bakılı”, “Bakı gecələri” əsərləri də yer alır.
Bununla yanaşı Vaqif Mustafazadənin ev muzeyində anım günü münasibəti ilə ictimaiyyət nümayəndələri və incəsənət xadimlərinin iştirakı ilə tədbir keçiriləcək və bəstəkarın musiqiləri ifa olunacaq.
Qeyd edək ki, Vaqif Mustafazadə İçərişəhərdə dünyaya göz açıb və ömrünün bir hissəsini burada yaşayıb. Hazırda İçərişəhərdə Azərbaycanda caz musiqinin banilərindən olan Vaqif Mustafazadənin ev muzeyi və şərəfinə adlandırılmış küçə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR