Bank Of Baku

Mikayıl Abdullayevin 90 illiyi münasibətilə onun qəbirüstü abidəsi ziyarət olunub və dəyirmi masa keçirilib - FOTO

Mikayıl Abdullayevin 90 illiyi münasibətilə onun qəbirüstü abidəsi ziyarət olunub və dəyirmi masa keçirilib - <font color=red>FOTO</font>
# 16 dekabr 2011 14:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin qəbirüstü abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub. APA-nın məlumatına görə, ziyarətdə Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələri, tanınmış incəsənət xadimləri iştirak ediblər. Mərhum rəssamın ruhuna dualar oxunub, məzarı önünə əklillər qoyulub.

Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyində M. Abdullayevin 90 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada çıxış edənlər görkəmli rəssamın Azərbaycan incəsənətindəki xidmətlərindən danışıblar. Bildirilib ki, onun rəsm əsərlərində daha çox 1941-45-ci illərdə kənd əməkçilərinin ağır, narahat, keşməkeşli həyatı əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR