Bank Of Baku

Azər Dadaşovun yaradıcılığına həsr olunmuş musiqi festivalı keçiriləcək

Azər Dadaşovun yaradıcılığına həsr olunmuş musiqi festivalı keçiriləcək
# 19 dekabr 2011 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 20-23 dekabr tarixlərində tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Azər Dadaşovun yaradıcılığına həsr olunmuş musiqi festivalı keçiriləcək. Festivalın təşkilatçıları Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun APA-ya verdiyi məlumata görə, festival çərçivəsində dekabrın 20-də ittifaqın konfrans zalında Azər Dadaşovun yaradıcılığına həsr olunmuş elmi konfrans olacaq.

Dekabr 21-də Bakı Musiqi Akademiyasının böyük zalında BMA-nın 90 illiyinə həsr olunmuş konsert düzənlənəcək. Konsertdə bəstəkarın xor, kamera-vokal və kamera-instrumental əsərləri səslənəcək. Dekabrın 22-də Kamera və orqan musiqisi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir.

Festival dekabrın 23-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda keçiriləcək “Uşaqlar gələcəyimizdir” konserti ilə başa çatacaq. Konsertdə Azər Dadaşovun uşaqlar üçün yazılmış əsərləri ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR