Bank Of Baku

“İstedadlı uşaqlar” respublika müsabiqəsinə yekun vurulub

“İstedadlı uşaqlar” respublika müsabiqəsinə yekun vurulub
# 19 dekabr 2011 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “İstedadlı uşaqlar” respublika müsabiqəsinə yekun vurulub. APA-nın məlumatına görə, müsabiqə incəsənətin müxtəlif sahələrinə diqqəti artırmaq, əhalinin, o cümlədən gənc nəslin sənətə olan marağını daha da inkişaf etdirmək, bölgələrlə mədəni əlaqələri möhkəmləndirmək məqsədilə təşkil olunub. Builki müsabiqənin yekun tədbiri Şirvan şəhərində keçirilib. “Şirvan” kinoteatrında müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi olub. Bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq, təsviri sənət üzrə respublika müsabiqəsinin qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.
Tədbir çərçivəsində təsviri sənət üzrə müsabiqə qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş olunub. Respublika müsabiqəsində bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıqda fərqlənən uşaq, yeniyetmə və gənclərin iştirakı ilə musiqili-bədii konsert proqramı da maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR