Bank Of Baku

Krım-tatar Akademik Musiqili Dram Teatrı Bakıya qastrola gəlir – FOTO

Krım-tatar Akademik Musiqili Dram Teatrı Bakıya qastrola gəlir – <font color=red>FOTO </font>
# 19 dekabr 2011 14:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Krım-tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfərində olacaq. Akademik Milli Dram Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qasrtol səfəri Azərbaycan-Ukrayna teatr əlaqələrinin mühüm mərhələsi kimi dəyərləndirilir. Krım-tatar Akademik Musiqili Dram Teatrının kollektivinin ifasında xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında hazırlanan "Xəstə könül" tamaşası nümayiş olunacaq. Bildirilib ki, teatr kollektivi dekabrın 20-də Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın əməkdar incəsənət xadimi Rinat Bektaşevdir. Tamaşada rolları Ukraynanın əməkdar artisti Dilavər Səttarov (Sanitar), Krım MV əməkdar artistləri Eldar Cəlilov (Drob -13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin), Lemara Cəlilova (Sara Bernar), Refat Seyid-Ablayev (Baş həkim), Gülnar Sefedina (Hə) ifa edirlər. Teatrın bədii rəhbəri və direktoru Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalovdur.
Səfərdə teatrın truppası ilə yanaşı, Krım-tatar Xalq Məclisinin sədr müavini, Krım MR Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Remzi İlyasov, Krım-tatar Teatr Xadimləri İttifaqının sədri, teatrın direktoru və bədii rəhbəri, Ukraynanın əməkdar incəsənət xadimi Bilal Bilalov iştirak edəcək. Qastrol səfəri çərçivəsində bir sıra digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə “Xəstə könül” tamaşasının Qaradağ rayonunda (21 dekabr, saat 15.00) və Sumqayıt şəhərində (23 dekabr, saat 17.00) göstərilməsi, yaradıcı heyətlə müxtəlif görüşlər də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR