Bank Of Baku

Səhhətində problemlər yaranan Ramiz Həsənoğlu bu gündən işə başlayıb

Səhhətində problemlər yaranan Ramiz Həsənoğlu bu gündən işə başlayıb
# 20 dekabr 2011 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bir müddət əvvəl səhhətində problemlər yaşayan rejissor Ramiz Həsənoğlu yenidən işə çıxıb. Bu barədə APA-ya məlumat verən Ramiz Həsənoğlu müalicəsinin başa çatdığını, özünü yaxşı hiss etdiyini əlavə edib: “Müalicə aldım, hər şey öz qaydasındadır. Elə indi kinostudiyaya getməyə hazırlaşıram. Bu günlərdə çəkilişlərə başlamalıyam. Bilirsiniz, kinostudiyanın çəkiliş pavilyonu bərbad gündədir, çox soyuqdur. Elə otaqlar, dəhlizlər də həmçinin. Üstəlik çəkilişlər başlayan kimi havalar da kəskin soyudu, bir az soyuqlamışdım. Amma hər şey geridə qaldı, irəlidə yalnız işlər, çəkilişlər var”.

R. Həsənoğlu deyib ki, çəkilişlərində fasilələr yaranan Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun həyatından bəhs edən “Sübhün səfiri” filminin də çəkilişlərinə yaxın vaxtlarda start veriləcək. Rejissorun sözlərinə görə, hazırda növbəti səhnələrin çəkilişləri üçün yeni dekorasiyalar qurulur. Bu iş başa çatandan sonra filmin yarımçıq qalan çəkilişləri başlayacaq: “Bilirsiniz ki, filmdə tarixi proseslər çəkilir, 80 personaj var, hamısı da tarixi şəxsiyyətlərdir. Onların hər biri üzərində iş rejissorun çiyinlərindədir. Amma film barədə indidən bir söz demək olmaz. Yekun fikir üçün nəticə olmalıdır, nəticəyə də hələ vaxt var. Yəqin ki, yeni il üçün o film üzərində yekun işlər aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR