Bank Of Baku

Fidan və Xuraman Qasımova bacıları “Sevgi dnüyası” adlı konsert proqramı ilə çıxış ediblər

Fidan və Xuraman Qasımova bacıları “Sevgi dnüyası” adlı konsert proqramı ilə çıxış ediblər
# 24 dekabr 2011 09:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 23-də Azərbaycan Dövlət Filarmoniyasında Fidan və Xuraman Qasımova bacıları “Sevgi dünyası” adlı konsert proqramı ilə çıxış ediblər. APA-nın məlumatına görə, konsert Fidan və Xuraman Qasımova bacıları səhnə fəaliyyətlərinin 30 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən millət vəkili, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov bildirib ki, salona toplaşanlar həqiqətən də sənət bayramını seyr etmək imkanı qazanıblar. Natiq 70-ci illərin unudulmaz xatirələrini tamaşaçılarla bölüşüb: “Həyatda yüksəkliyə qalxmaq liftdəki kimi bir düyməni basmaqla başa gəlmir. Bunun üçün zəhmət çəkmək lazımdır. Xüsusi istedada malik olan və sənətlərinə pərəstiş etdiyim bacılar daima öz üzərlərində işləyirlər”. Tədbirdə Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan mədəniyyətindəki xidmətlərindən, dünyanın bir çox ölkəsində Azərbaycanı layiqincə təmsil etmələrindən, yorulmadan sənət dünyasına yeni tələbələr bəxş etdikləri danışıblar.

Konsertdə Fidan və Xuraman Qasımova bacılarını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Orkestrə bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayev rəhbərlik edib. Konsertdə ifaları ilə bütün dünyaya səs salan Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, həmçinin Fərid Axund-Qasımovun “Sevgi dünyası” əsəri ifa olunub. Fidan və Xuraman Qasımova bacılarının hər ifası alqışlarla qarşılanıb.

Konsertdə hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR