Bank Of Baku

Musiqili Komediya Teatrı uşaqlar üçün “Qış bayramı” tamaşası hazırlayıb

Musiqili Komediya Teatrı uşaqlar üçün “Qış bayramı” tamaşası hazırlayıb
# 26 dekabr 2011 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Musiqili Komediya Teatrında Arzu Soltanın “Qış bayramı” tamaşası nümayiş olunacaq. Dekabrın 25-də premyerası keçirilən tamaşa teatrın 2011-ci ildə tamaşaçıların ixtiyarına verdiyi son yaradıcılıq işidir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsərə gənc rejissor Anar Məmmədov quruluş verib. Tamaşada personajları Rəsmiyə Nurməmmədova, Güldanə Əzimova (İfritə), Elçin İmanov, Fərid Rzayev (Canavar), Türkel Şabanova, Nigar Qarayeva (Qırmızı papaq), Mehriban Zalıyeva, Gülçöhrə Abdullayeva (Pişik), Röya Xasıyev (Xoruz), Hüseyn Əlili, Elməddin Dadaşov (İt), Ağaxan Şərifov, Elməddin Dadaşov (Uzunqulaq) ifa edirlər.
Musiqili Komediya Teatrının yaradıcı heyəti yanvarın 6-na kimi gündə 4 seans olmaqla saat 10:30, 12:30, 14:30 və 16:30-da balaca tamaşaçılar qarşısına çıxacaq. Tamaşadan əvvəl “Yeni il” bayramının rəmzləri olan Şaxta baba və Qar qız uşaqları qarşılayacaq, onları əyləndirəcək və hədiyyələr verəcək. Şaxta baba rolunda Novruz Qartal və Məhərrəm Qurbanov, Qar qız rolunda Gülnar Əzizova, Gültac Əlili və Xəyalə Fərəcova çıxış edir.

Musiqili Komediya Teatrının binası hazırda təmirə bağlı olduğu üçün Yeni il tamaşaları Dənizçilərin Mədəniyyət Evində nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR