Bank Of Baku

Tofiq Hüseynov: “Bundan sonra improvizəyə yol verməyəcəyəm”

Tofiq Hüseynov: “Bundan sonra improvizəyə yol verməyəcəyəm”
# 27 dekabr 2011 11:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Akademik Milli Dram Teatrının aktyoru Tofiq Hüseynov teatr direktoru İsrafil İsrafilovdan xəbərdarlıq aldığını etiraf edib. Aktyor APA-ya bildirib ki, bu onun üçün faciəli bir şey deyil və bunu normal hal kimi qəbul edir: “Mənə 15-20 gün əvvəl xəbərdarlıq edilib. Adi və normal haldır”.

Aktyor bildirib ki, xəbərdarlıq almasına “Qanlı Nigar” tamaşasındakı çıxışı zamanı əsərdən kənar bir cümlə işlətməsi səbəb olub: “Bu tamaşada mənim ifa etdiyim obraz çox tez-tez danışmalıdır. Mən də obraza əsasən, çox tez danışıram və arxadan səs gəlməyəndə boşluq olmasın deyə, bir cümlə işlətdim. Cümlə belə olub - “Əlli dollar sənə yaraşmır, 30 dollar vermək də mənə”. İsrafil müəllim rəhbər kimi iradını bildirib, xəbərdarlıqda da lazımi sözlər qeyd olunur. Bundan sonra improvizə hallarına yer verməyəcəyəm. Xəbərdarlıq edilib ki, bunu daha etmə, mən də etməyəcəyəm”.

Direktorun işinin xəbərdarlıq vermək olduğunu deyən aktyor “xəbərdarlıq töhmət demək deyil ki...” söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR