Bank Of Baku

“Xalça” onlayn jurnalının təqdimat mərasimi keçirilib - FOTO

“Xalça” onlayn jurnalının təqdimat mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 27 dekabr 2011 14:53 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsis etdiyi “Xalça” beynəlxalq onlayn jurnalının (www.xalça.az) təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olunan jurnalın əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan, xüsusən də Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.

Tədbirdə bildirilib ki, “Xalça” onlayn jurnalında Azərbaycanda və dünyada fəaliyyət göstərən xalçaçılar, müasir dövrdə xalçaçılığın inkişaf şəraiti və istehsalı, ənənəvi xalçaların özəlliklərinin tədqiqi məsələlərinin araşdırılması, bu sənətin keçmişinə və bu gününə aid elmi, tarixi və təcrübi məsələlər, xalçaçılıq ənənələrinin qorunub saxlanılması vəziyyəti və problemləri, müasir dövrdə xalçaçılığın gələcək inkişaf perspektivləri haqqında məlumatlar yerləşdiriləcək. Bütün bu məlumatlar jurnalın “Azərbaycan xalçaları”, “Simpoziumlar, Konfranslar”, “Şərq xalçası”, “Sərgilər”, “Xəbərlər” rubrikalarında öz əksini tapacaq.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Hikmət Babayev deyib ki, yerli istehsalçılara sifariş verməklə bu sənəti daha da inkişaf etdirərək onun dünyada tanıdılmasına şərait yaratmalıyıq. “Ayna” (Zerkalo) qəzetinin baş redaktoru Elçin Şıxlı bu jurnalda dünyada başqa adlar altında verilən qədim Azərbaycan xalçalarının əks olunmasını istədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR