Bank Of Baku

Azərbaycanın kino sektorunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Azərbaycanın kino sektorunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 dekabr 2011 16:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün “Nizami” Kino Mərkəzində 2011-ci ildə kino sahəsində ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev il ərzində beynəlxalq kino festivallarında müvəffəqiyyətlərə nail olmuş kinematoqrafçılarla görüşüb, onları təbrik edib.

Bu il kino sahəsindəki işə nəzər salan nazir nailiyyətlərdən də danışıb. O, Azərbaycan kinosunun müxtəlif beynəlxalq tədbirlərdə, müsabiqələrdə fəal iştirak etdiyini, mükafatlar qazandığını vurğulayıb. Ə.Qarayev il ərzində kino sahəsində görülən işlərdən, kino sahəsində baş verən ən mühüm hadisələrdən danışıb. Onun sözlərinə görə, bu il ən böyük nailiyyət Kann festivalında pavilyonumuzun qurulması olub: “Azərbaycan kino tarixində ilk dəfə olaraq Kann festivalında təmsil olundu, orada pavilyonumuz quruldu, kino xadimlərimiz müxtəlif tədbirlərə qatıldı. Gələn il daha geniş proqramla bu festivalda iştirakımız nəzərdə tutulur”.

Nazir “Nizami” Kino Mərkəzinin açılışını da ilin mühüm hadisələri sırasında qeyd edib. Bundan başqa, “Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin olunub. Nazir bildirib ki, gələn il bu kinostudiyanın yenidən qurulması planlaşdırılır. Bununla əlaqədar bir neçə xarici şirkətlə danışıqlar aparılıb. Artıq gələn ilin əvvəlində kinostudiyanın yenidən qurulması ilə bağlı konkret iş planı və layihə olacaq.

Mədəniyyət və turizm naziri il boyu müxtəlif mükafatlar qazanan “Buta”, “Sahə”, “Bir addım”, “Top həm düşər, həm qalxar”, “Çövkən” və “Qafqaz qartalının uçuşu” filmlərinin rejissorlarını əldə etdikləri uğurlara görə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR