Azərbaycanın xalq artistləri Bəsti Cəfərova və Zemfira Nərimanova arasında narazılıq yaranıb
Məsələ ilə bağlı APA-ya açıqlama verən xalq artisti Bəsti Cəfərova münasibətlərdəki soyuqluğun Z.Nərimanova tərəfindən başlandığını deyib. Həmkarı ilə aralarındakı narazılıq barədə ətraflı məlumat verməyən B. Cəfərova Zemfira Nərimanovanın tamaşadakı rolunu yarımçıq qoymasını düzgün addım kimi qiymətləndirməyib: “Münasibətlərin korlanması məndən qaynaqlanmayıb. Çünki tanıyanlar mənim çoxlu işimin olduğunu bilirlər. Kiminləsə intriqa qurmağa nə vaxtım var, nə də həvəsim. O tamaşada rol oynayırdı, istəsəydi gəlib davam etdirərdi.
Tamaşaya gəlməməsinin səbəbi bununla bağlı deyil, əgər səbəb axtarırsa, getsin başqa səbəb axtarsın. Ümumiyyətlə, mən o aktrisa haqqında danışmaq istəmirəm. O boyda böyük zəhmət qarşısında, bu hərəkəti etmək heç də yaxşı deyil. Bizim sənətimiz kollektiv sənətdir. Bu təkcə Bəsti Cəfərovanın tamaşası deyil, orada Ramiz də, Mətanət də var, məndən başqa 20-yə yaxın aktyor da var. Birdən-birə bunu yerə vurmaq və heçə saymaq heç də doğru olmadı. Özü də yaxşı iş ortaya qoyulan yerdə bunu necə etmək olar? Kənardakılar təriflədiyi halda, öz içimizdə nə isə pis axtarmağa çalışırlar. Mən Bəsti Cəfərova üçün bunun heç bir fərqi yoxdur, istəyir oynasın, istəyir oynamasın. Məni bu cür intriqa maraqlandırmır”.
B. Cəfərova açıqlamasında “səhnə açılandan sonra hər kəs öz bacarığını göstərir”, - deyə bildirib: “Bu tamaşada mənim rolum əsas obrazdır, onunku isə üçüncü dərəcəlidir. O müxtəlif qəzetlərə də informasiya vermişdi ki, üçüncü dərəcəli rol oynayır. Ona qalsa “Nişanlı qız”da da o mənim rəfiqəmi oynayardı, Bənövşənin yanında heç o da birinci dərəcəli rol deyildi. Artıq illər keçib mən də xalq artistiyəm, o da. Əgər beləydisə bəri başdan əmr veriləndə oynamazdı. Altı ay məşqə gələndən sonra imtina etmək, mən nə deyim... Böyük rol oynamaq istəyirsə gəlsin desin, çıxsın oynasın. Məgər Bəsti Cəfərova teatrın qapılarını onun üzünə bağlayıb?”.
Aktrisa sözügedən tamaşadakı rolunda geyimlərinin sayının da narazılıqla qarşılandığını bildirib: “Deyirlər, yeddi paltar dəyişirəm, bunları mən atamın evində geyinmirəm ki... Mənə elə gəlir ki, ona normal paltar tikilib, hər şey edilib. Biz onunla eyni institutda oxumuşuq. O başqa səpkili aktrisadır, mən isə başqa. Nə mən onun yerini tutmuşam, nə o mənim yerimi tuta bilər. Mən istəyirəm Zemfira bəyəndiyi obrazı oynasın və parlasın. Hərə bir tamaşada parlayır. O da çıxsın oynasın, məgər aktrisa deyil? Bütün tamaşalarda Bəsti Cəfərova oynamır ki, çıxsın oynasın. O tamaşada heç mənim onun oynadığı rolla eyni səhnəm yoxdur. Ola bilsin mən o tamaşada çox parlağam, çalışardı o da parlayardı. Məgər mən ona mane oluram? Teatra hər zaman sadiq olmuşam, teatr da məni sevir. İndi mən buna neyləyim?”
Qeyd edək ki, Zemfira Nərimanova “Xanuma” tamaşasının iki nümayişində xəstə olduğunu əsas gətirərək səhnəyə çıxmayıb.
Məsələ ilə bağlı xalq artisti Zemfira Nərimanovanın fikirlərini öyrənmək mümkün olmayıb.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-5
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb