Gələn ilin martında Azərbaycan-italyan musiqisi konserti keçiriləcək
Bakı-APA. Azərbaycan opera səhnəsinin primadonnası, respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyeva gənc və istedadlı İtaliya bəstəkarı, prodüser Françesko Maco ilə əməkdaşlığa başlayıb. APA-nın məlumatına görə, əməkdaşlıq üçün Bakıya gələn Françesko Maco Fidan Hacıyevanın səsini ilk dəfə bu ilin yazında Azərbaycanın İtaliyadakı səfirliyinin Romada təşkil etdiyi konsertdə eşitdiyini deyib: “Səsinə, səhnə mədəniyyətinə, zərifliyinə və cazibədarlığına məftun oldum. Ağlıma birgə əməkdaşlıq ideyası gəldi. Bu ideyanı gerçəkləşdirməkdə mənə həmkarım, eyni vaxtda həm Almaniya, həm də İtaliya konservatoriyalarında təhsil alan gənc Azərbaycan bəstəkarı Günay Mirzəyeva kömək etdi”.
Françesko Maco və Günay Mirzəyeva birgə layihələrini gələn ilin martında Bakıda təqdim etməyi planlaşdırırlar. Layihə barədə məlumat verən Fidan Hacıyeva bildirib ki, bu, Azərbaycan-italyan musiqisi konserti olacaq. Konsertdə Françesko Maco və Günay Mirzəyevanın məxsusi olaraq Fidan Hacıyeva üçün bəstələdikləri əsərlər səslənəcək. Fidan Hacıyevanın messo-soprano səsi üçün yazılmış musiqi Azərbaycan Teleradiosu xorunun dirijoru Şəhla Ələkbərovanın rəhbərlik etdiyi orkestr və xorun müşayiəti ilə ifa olunacaq.
Yeni layihədən və italiyalı prodüserlə işləməkdən məmnun qaldığını gizlətməyən Fidan Hacıyeva gələcək planları barədə də məlumat verib: “Bunlar Azərbaycan və italyan dillərində yeni mahnılar, yeni klassik musiqi, yeni müasir musiqi olacaq. Çox şadam ki, Françesko ilə işləməyə başlamışam. Mənim italyan prodüserim olacaq. Layihəyə Bakıda start veriləcək. Lakin sonradan İtaliya, Almaniya və İngiltərədə konsertlərlə çıxış edəcəyik”.
Finlandiyada keçirilən “Germi Music Festival”ının direktoru olan Françesko Maco bildirib ki, Azərbaycan musiqisindən təsirlənərək Günay Mirzəyeva ilə birlikdə opera yazmaq qərarına gəlib: Operada əsas partiyanı Fidan Hacıyeva ifa edəcək. Əsərdə ənənəvi Azərbaycan və italyan musiqilərindən istifadə ediləcək. Bir növ Avropa musiqisi ilə Azərbaycan musiqisinin sintezi olacaq. Fidan Hacıyeva və Günay Mirzəyeva ilə birgə yaradıcılıq planlarım var. Avropa Azərbaycan musiqisinin bənzərsizliyindən və zənginliyindən mütləq xəbər tutmalıdır. Mənim Avropa teatrları və konsert salonları ilə sıx əlaqələrim var. Ümumi məqsədimiz mədəniyyətlərimizi birləşdirməkdir. İtaliyanın Azərbaycanla ümumi cəhətləri çoxdur, lakin birgə musiqi layihələri olmayıb”.
Gənc musiqiçilərin planlarına, həmçinin 2012-ci ilin aprelində İtaliyanın Berqamo şəhərindəki Donisetti adına teatrda böyük musiqi festivalı keçirmək daxildir. İtaliyalılar Fidan Hacıyevanı bu şəhərə dəvət ediblər. Burada ona sülhməramlı səfir mükafatı təqdim olunacaq.
Görkəmli alman bəstəkarı Volfqanq Rimin yanında təhsil alan bəstəkar Günay Mirzəyeva deyib ki, italyan həmkarı və gözəl müğənni Fidan Hacıyeva ilə işləmək imkanına görə çox xoşbəxtdir: “Biz gənc bəstəkarlar kimi çox xoşbəxtik ki, bütün Avropada Azərbaycan musiqisini Fidan Hacıyevanın ifasında təbliğ edəcəyik. Ümidvarıq ki, böyük müvəffəqiyyət qazanacağıq”.
Finlandiyanın Turku şəhərində musiqi festivalının direktoru olan Françesko Maco gələn ilin payızında bir sıra konsertlər təşkil etmək, eyni cür konsertləri İtaliyada reallaşdırmaq, habelə Azərbaycan və italyan musiqilərinə həsr olunmuş böyük festival keçirmək niyyətindədir.
İtalyan bəstəkar Azərbaycan musiqisi və muğamının heyranı olduğunu deyib: “Azərbaycan mədəniyyəti möhtəşəmdir. Bura böyük istedadlar torpağıdır. Mən sizin baletinizə tamaşa etdim, artistlərin məharəti, musiqi məni valeh etdi. Sizin torpaq istedadlarla zəngindir. Çox istəyirəm ki, İtaliya və bütün Avropa Azərbaycana daha yaxından bələd olsun”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-5
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb