Zemfira Nərimanova: “Bəsti Cəfərova şükür eləsin ki, mən o tamaşada yoxam…”
Z. Nərimanova əlavə edib ki, bi iradına rəğmən “Xanuma”nın birinci hissəsinin sonunda Frenk Sinatranın iki mahnısından istifadə olunub: “Mən gözlədim ki, bizim hörmətli direktorumuz İsrafil İsrafilov gələcək, baxacaq və nöqsanları aradan qaldıracaq. İsrafil müəllim də bir dəfə bu barədə rejissora dedi, amma heç bir nəticəsi olmadı. Rejissor öz bildiyini elədi. Gördüm tamaşa bərbad gündədir, mən də özümə ar bilib bu tamaşada oynamadım. Dedim ki, İsrafil müəllim, birincisi tamaşa çox uzundur. Bəsti xanım da deyir ki, əla tamaşadır. Xahiş edirəm bilənlər gəlib o tamaşaya baxsınlar və Bəsti xanım deməsin ki, parlayır. Parıldayan o yox, geyimləridir. Mən heç bir ədavət aparmadım. Altı ay gecə-gündüz məşq eləmişəm. Hansı aktrisa öz zəhmətini yerə vurar?! Mən buna məcbur oldum. Tamaşa əvvəldən mənim rolumla başlayır və sona kimi də səhnədəyəm. Ona görə mən üçüncü, ya beşinci dərəcəli rol oynayıramsa, bunun məsələyə nə dəxli var? Münaqişəni Bəsti xanım başlayıb. Bəsti xanım deyir ki, rol istəsin, versinlər. Bu nə deməkdir? Mən yalvarmalıyam? Siz özünüz bilirsiniz ki, tamaşaçı mənim üçün necə acıb. Amma mən əfsuslar olsun ki, “Xanuma”dan başqa heç bir tamaşada yoxam. Direktor isə yalvarmadığıma görə bu məsələni tənzimləmək istəmir. Mən etirazımı yazılı surətdə direktora bildirmişəm”.
Z. Nərimanova Bəsti Cəfərova və İsrafil İsrafilov haqqında jurnalistlərə xüsusi sifarişlə yazı yazdırması barədə fikirlərə də münasibət bildirib: “Guya mən jurnalistlərə sifarişli yazılar yazdırıram. Məgər sizlər məndən müsahibə götürəndə mən öz sözümü deyə bilmirəm? Kimisə öyrətməyə ehtiyac var? Mən burada olmayanda Bəsti xanım, İsrafil müəllim haqqında çox gözəl bir yazı yazılmışdı. Bunları da mən yazdırmışam? Əgər pisləri yazdırıramsa , deməli yaxşılar da mənim adımla bağlı olmalıdır. Mən həmin jurnalistlə heç danışmırdım da və Firəngiz xanım Allah şahididir ki, mən həmin jurnalistlə bu yaxınlarda barışmışam”.
Xalq artisti bildirib ki, “Xanuma” tamaşasındakı rolunun aqibəti ilə bağlı teatr rəhbəri ilə söhbət edib: “İsrafil müəllim deyir ki, mən bu tamaşada oynamalıyam. Necə olur ki, bizim aktyorlarımız tamaşalarda məşq edib, sonra imtina ediblər? Adlarını da qoyublar ki, biz belə tamaşada oynamağı özümüzə təhqir sayırıq. Necə olur ki, onlara icazə verilir, amma mənə yox? Təsəvvür edin ki, bütün baş verənlərə görə qan təzyiqim qalxıb”.
Zemfira Nərimanova həmkarı Bəsti Cəfərovanın “Nişanlı qız” tamaşası ilə bağlı söylədiyi fikirlərə də münasibət bildirib: “O tamaşada Bəstinin rəfiqəsi rolunu oynasam da, mən daha çox yadda qaldım. Bunu bütün tamaşaçılar deyə bilər. Nə olsun ki, orada ikinci obraz oynamışam, əsas odur ki, yadda qalan mən olmuşam. İsrafil müəllim deyəndə ki, Bəstinin 52 yaşı var və 16 yaşında rol oynamaq istəyir, mən o zaman Bəstinin tərəfini saxladım. “Nişanlı qız” tamaşasından sonra Bəsti ilə danışmırdım. Bizi rəhmətlik Turabov barışdırmışdı. O vaxtda konflikti mən yox, Bəsti yaratmışdı. Bir dəfə Heydər Əliyev Sarayında tədbir vardı, həmin tədbirin rejissoru Mərahim Fərzəlibəyov idi. Sabir Məmmədovla mən iki sevgilini oynayırdıq. Həmin tədbirdə Mərahim müəllim Bəstiyə dedi ki, sən yuxarı qalx və yuxarıdan bu iki sevgiliyə bax. Onda Bəstinin rejissora demədiyi söz qalmadı. Onun Mərahim Fərzəlibəyova nə sözlər dediyi tədbirdə iştirak edənlərin hər birinin yadındadır. Sokratın anma gecəsinin sonunda gül dəstəsini gətirib qabağıma qoydular, pərdə bağlanmamış Bəsti üstümə cumdu. Niyə üstümə cumursan? Bilərziyim qırıldı və onu itirdim. Sən mənimlə niyə ədavət aparırsan? Getsin parlasın və sevinsin ki, mən o tamaşada yoxam. O elə buna sevinir. Qoy nə qədər istəyir sevinsin. Bu, sadəcə qadın paxıllığıdır”.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-5
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb