Bank Of Baku

Luvr muzeyi islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereyanı təqdim edib

Luvr muzeyi islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereyanı təqdim edib
# 05 yanvar 2012 14:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Parisdəki məşhur Luvr muzeyi islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni qalereyanı təqdim edib. APA-nın Fransa mediasına istinadən verdiyi məlumata görə, islam incəsənət nümunələrinin sərgilənəcəyi yeni guşə bu ilin yayında istifadəyə veriləcək.

Luvr muzeyinin direktoru Henri Luaret bildirib ki, 2005-ci ildən icrasına başlanan yeni layihənin dəyəri 98,5 milyon avro təşkil edir. Layihəni maliyyələşdirən ölkələr arasında Fransa ilə bərabər Azərbaycan, Küveyt, Oman və Mərakeş də var. Səudiyyə şahzadəsi Əl-Vəlid bin Talal isə 17 milyon avro verib. Layihənin başa çatması üçün daha 10 milyon avro tələb olunur.

Yeni guşənin dam örtüyü tikintidə qədim və müasir tendensiyaları özündə ehtiva edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR