Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi “Zirvə” mükafatı təsis edib

Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi “Zirvə” mükafatı təsis edib
# 06 yanvar 2012 16:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi «Zirvə» mükafatı təsis edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Zirvə» mükafatı 2011-ci ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltaraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr təqdim edilə bilər.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat hər biri 5000 (beş min) manat həcmində veriləcək. Mükafatlar mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə verilir. Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunur.
Mükafata təqdimatlar fevral ayının 20-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR