Bank Of Baku

“Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin biletlərinin qiyməti açıqlanıb

“Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin biletlərinin qiyməti açıqlanıb
# 09 yanvar 2012 10:03 (UTC +04:00)
Bununla bağlı APA-ya açıqlama verən Kino Mərkəzinin direktor müavini İlham Babayev deyib ki, dövlət statuslu məkanda biletlər özəl kinoteatrlardan daha ucuzdur. Kino Mərkəzində saat 18:00-dək nümayiş olunan filmlərin biletləri 4 manata, axşam seansları isə 6 və 7 manata satışa çıxarılıb. İ. Babayev bildirib ki, 7 manat kino mərkəzində 3D formatında eynəkli filmlərin bilet qiymətləridir: “Dövlət statuslu kino mərkəzi olduğuna görə biletlərin qiyməti daha aşağı təşkil edilib. Sözsüz ki, müasir standartlara cavab verən bu mərkəzə tamaşaçı axını ilk günlərdən etibarən kifayət qədərdir. Filmlərin siyahısı hazırlanıb və nümayiş olunan filmlərlə bağlı lazımi məlumatlar verilir”. İ. Babayev onu da vurğulayıb ki, Kino Mərkəzində satılan biletlərin kserosurət formasında olması lazımi avadanlığın hələ Bakıya gətirilməməsi ilə əlaqədardır. Onun sözlərinə görə, bilet maşını Rusiyadan sifariş edilib və yaxın günlərdə artıq Kino Mərkəzindəki biletlər həmin maşınlarda çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR