Bank Of Baku

Azərbaycanın üç xalq artisti Akademik Milli Dram Teatrında hazırlanan “Qadın məhəbbəti” tamaşasında oynamaqdan imtina edib

Azərbaycanın üç xalq artisti Akademik Milli Dram Teatrında hazırlanan “Qadın məhəbbəti” tamaşasında oynamaqdan imtina edib
# 09 yanvar 2012 16:55 (UTC +04:00)
APA-nın məlumatına görə, teatrın üç aktyoru Viktor Hüqonun “Mariya Tüdor” pyesi əsasında hazırlanan “Qadın məhəbbəti” tamaşasında oynaqdan imtina edib. Bunlar Azərbaycanın xalq artistləri Ramiz Novruzov, Ramiz Məlik və Nurəddin Mehdixanlıdır. Məlumata görə, aktyorlar tamaşanın səviyyəsindən narazı olduqları üçün bu addımı atıblar. Ramiz Məlik Kansler, Ramiz Novruzla Nurəddin Mehdixanlı isə Vali rolunu oynamaqdan imtina ediblər. Kansler rolunu Telman Əliyev, Valini isə Cəfər Namiq Kamal oynayıb.

Məsələyə aydınlıq gətirən teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov isə APA-ya bildirib ki, aktyorların tamaşada oynamaqdan imtina etmələrinin səbəbi teatrda paralel olaraq bir neçə tamaşanın hazırlanmasıdır: “İntensiv iş qrafiki bəzən belə hadisələrə səbəb olur. Demək olar ki, bütün tamaşalarda bu və bu kimi dəyişikliklər baş verir. Burada qeyri-adi bir şey yoxdur. Bəzi aktyorlar da vaxt məhdudiyyəti səbəbindən "Qadın məhəbbəti" tamaşasında çıxış edə bilməyiblər”.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Ceyran Həsənovadır.

İnsan, hakimiyyət və məhəbbət mövzusundan bəhs edən tamaşada baş rolu - kraliçanı xalq artisti Məleykə Əsədova oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR