Bank Of Baku

“BBC 3” radiosu üç azərbaycanlı sənətçinin ifaları daxil edilmiş disk hazırlayıb - FOTO

“BBC 3” radiosu üç azərbaycanlı sənətçinin ifaları daxil edilmiş disk hazırlayıb - <font color=red>FOTO</font>
# 10 yanvar 2012 07:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bir milyondan çox dinləyici auditoriyası olan “BBC 3” radiosunun növbəti layihəsi çərçivəsində üç azərbaycanlı sənətçinin ifaları daxil edilmiş disk hazırlanıb. Bunlar xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova, eyni zamanda son illər uzaq ölkələrin səhnələrində çıxışlar edən xanəndə Qoçaq Əsgərovdur. Q. Əsgərov APA-ya deyib ki, BBC 3 radiosu ifası sevilən və ən çox dinlənilən sənətçilərin ən yaxşı ifalarını ikili diskə toplayaraq satışa çıxarıb. Satış dünyanın əksəriyyət ölkələrində təşkil edilib.

Qoçaq Əsgərovun sözlərinə görə, qısa zamanda dinləyici tələbatını nəzərə alan təşkilat komitəsi diskin 6 aydan bir tirajını artırmağa qərar verib. Xanəndə bildirib ki, radio nümayəndələri ilə onun tanışlığı 2007-ci ilə təsadüf edir. Bakıda səfərdə olan bir qrup şəxs azərbaycanlı ifaçını dinlədikdən sonra onun ifasını elə burada lentə yazdırıblar. Diski alanlar Alim Qasımov və Fərqanə Qasımovanın ifasında iki xalq mahnısı, Qoçaq Əsgərovun ifasında isə «Ay qız» xalq mahnısı və «Şahnaz» muğamını dinləyə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR