Bank Of Baku

Alim Qasımov ABŞ-da konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov ABŞ-da konsert proqramı ilə çıxış edəcək
# 13 yanvar 2012 15:16 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov ABŞ-a səfər edəcək. Bu barədə APA-ya xanəndənin ailəsindən məlumat verilib. Muğam ifaçısının ABŞ-a səfəri fevralın 3-də başlayacaq və 21-nə kimi davam edəcək. Səfərdə Alim Qasımov 10-a yaxın master-klasslar keçəcək, musiqiçilərlə müzakirələr aparacaq, 4 konsert proqramı ilə çıxış edəcək. Hər konsert iki hissədən ibarət olacaq. Birinci hissədə Alim Qasımov “Kronus” kvarteti ilə çıxış edəcək, ikinci hissə isə Alim və Fərqanə Qasımovaların solo-konsertindən ibarət olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR