Bank Of Baku

Üzeyir Hacıbəylinin «Ər və arvad» operettası tələbələrin ifasında nümayiş olunacaq - FOTO

Üzeyir Hacıbəylinin «Ər və arvad» operettası tələbələrin ifasında nümayiş olunacaq - <font color=red>FOTO </font>
# 14 yanvar 2012 13:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr rejissoru fakültəsinin IV kurs tələbələrinin ifasında Üzeyir Hacıbəylinin «Ər və arvad» operettasının tamaşası nümayiş etdiriləcək. Tələbələrin ifasında tamaşanın nümayişi yanvarın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində baş tutacaq.

1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış «Ər və arvad» komediyası Şərqin ilk operettasıdır. Üzeyir bəyin musiqili komediya janrında ilk əsəri olan «Ər və arvad» 1910-cu il mayın 24-də Bakıda “Nikitin qardaşları” sirkində göstərilib və bununla da Musiqili Komediya Teatrının əsası qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR