Bank Of Baku

“Nizami” Kino Mərkəzində 500 nəfərlik tamaşaçı zalında hər filmə 3-4 tamaşaçı baxır

“Nizami” Kino Mərkəzində 500 nəfərlik tamaşaçı zalında hər filmə 3-4 tamaşaçı baxır
# 16 yanvar 2012 07:19 (UTC +04:00)
APA-nın əməkdaşı yeni istifadəyə verilən kinoteatrda tamaşaçı auditoriyası ilə maraqlanıb. Məlum olub ki, Kino Mərkəzinin 500 nəfərlik tamaşaçı zalında çox az, bəzən hətta 3-4 nəfər filmə baxır. Hazırda ən çox tamaşaçı sayına istirahət-şənbə və bazar günlərində təsadüf olunur. Həmin günlər 10 nəfərə yaxın tamaşaçı filmə baxmağa gəlir.
Kinoteatrlarda adət etdiyimiz popkorn satışı Kino Mərkəzində qadağandır. Mərkəzdə müxtəlif qida məhsulları satılsa da, popkorn satılmır.

Kino Mərkəzinin direktor müavini İlham Babayev APA-ya bildirib ki, tamaşaçıların bu məkana cəlb olunması üçün zamana ehtiyac var: “Bizim Kino Mərkəzi hələlik yeni istifadəyə verilib. Ürəyimiz istəyən qədər tamaşaçının gəlməsi üçün hələlik gözləmək lazımdır. Ümid edirik ki, yanvarın sonunda artıq tamaşaçıların sayında artım hiss olunacaq”.

Qeyd edək ki, “Nizami” Kino Mərkəzində biletlər 4, 6 və 7 manata satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR