Bank Of Baku

Rejissor Baba Rzayevin 70 illik yubileyi qeyd olunacaq – FOTO

Rejissor Baba Rzayevin 70 illik yubileyi qeyd olunacaq – <font color=red>FOTO</font>
# 17 yanvar 2012 09:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Baba Rzayevin 70 illik yubileyi qeyd olunacaq. Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov verib. Onun sözlərinə görə, baş rejissorun yubiley mərasimi martın 27-də Beynəlxalq teatr günü ilə eyni vaxta təsadüf edəcək.
Qeyd edək ki, Baba Rzayev Azərbaycanın Lerik rayonunda anadan olub. İki ali məktəbi – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və A.V.Lunaçarski adına Moskva Teatr İnstitutunu bitirib. 1982-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışır. Azərbaycan və xarici ölkə dramaturqlarının əllidən çox səhnə əsərinə quruluş verən B.Rzayev 1988-ci ildə teatr sənətinin inkişafındakı xidmətlərinə görə əməkdar incəsənət xadimi fəxri ada layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR